ERMƏNİ SAYTLARI dağıdıldı

Erməni saytları dağıdıldıDünən azərbaycanlı hakerlər Ermənistanın xaricdəki səfirliklərinin saytlarını dağıdaraq ora 20 yanvarla bağlı şüarlar və şəkillər yerləşdiriblər.

 Azərtaym.az xəbər verir ki, azərbaycanlı hakerlər dünyanın müxtəlif ölkələrində Ermənistana məxsus 46 saytı dağıdıblar. Bunlara ABŞ, Rusiya, Argentina, Avstriya, Belarus, Braziliya, Bolqariya, Kanada, Çin, Çexiya, Danimarka, BƏƏ, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Vatikan, Hindistan, İraq, italiya, Yaponiya, Qazaxıstan, Küveyt, Livan, Litva, Niderland, Polşa, Rumıniya, İspaniya, İsveçrə, İsveç, Türkmənistan, Britaniya, Ukrayna və Misirdəki erməni diplomatik nümayəndəliklərinin saytlarını dağıdıblar. Hazırda həmin saytların əksəriyyətinin bərpa olunduğu bildirilir.






Fikirlər