“... Cinayət törətməmişəm” - Abbas Bağırov

““... Cinayət törətməmişəm” - Abbas Bağırov

Müğənni Abbas Bağırov vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmasına növbəti dəfə münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, müğənni Azərbaycanı tərk etmədiyini və qanun qarşısındakı bütün öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bildirib:

“Hörmətli dostlar, mən ölkəni tərk etməmişəm əgər qadağa qoyulubsa, inşallah qadağamız da, cəriməmiz də aydınlaşdırılıb yoluna qoyular.

Mən Azərbaycandayam, vətənimdəyəm. Şükür Allaha ki, böyük cinayət törətməmişəm. Qanun hamı üçün varsa, mənim üçün də var. Allah hər bir çətin anlarımızda yardımçımız olsun”.






Fikirlər