02.05.2014. - Moskvada biabır olan müğənni kimdir?

02.05.2014. -  Moskvada biabır olan müğənni kimdir? "AzerTaym.az" gecce.az-a istinadən xəbər verir ki, “Günaydın”ın dünənki buraxlışının mövzusu bir zamanlar instrumental musiqi alətlərinin ifaçılıq sənətindən müğənniliyə keçən musiqiçilər haqqında olub.

Verilişin qonaqları sırasında studiyaya bəstəkar Elçin İmanov, əməkdar artist Eyyub Yaqubov, qarmon ifaçısı Vaqif Əsədov, prodüser Asif Kərimov və şoumen Kamran Həsənli təşrif buyurublar.
Aparıcı Vüsalə Kərimova əsl peşəsi instrumentalist olan musiqiçilərin ifaçılığa keçməsi ilə bağlı Kamran Həsənlinin fikirlərini öyrənib:
“Peşəkar müğənni hökmən instrumentalist olmalıdır. İnstrumental musiqi alətində ifa etməyi bacarıram. Bütün ömrümü ona həsr etmişəm. “Bülbül” adına musiqi məktəbini oxumuşam 11 il. Daha sonra instrumentalist kimi təhsilimi Milli Konservatoriyada davam etdirmişəm. Aləti bilməyən musiqiçi yaxşı müğənni ola bilməz. O heç bilmir necə oxuyur, yaxşı oxuyur, pis oxuyur, xaric oxuyur. Elə ağzın açıb oxuyur. Bu yaxınlarda bizim çox məşhur, adlı-sanlı xanım müğənnilərdən biri Moskvada böyük bir mərasimdə oldu. Orada da rus musiqiçiləri oturmuşdular. Dedilər “canlı bir şey ifa et”, dedi: “Oxuyaram”. Dönüb musiqiçilərə dedi ki, “Lya- Bayatı-şiraz”. Onlar da təəccüblə “Şto” söylədilər. Qayıtdım ki, “Ay qız, onlar nə bilir bayatı-şirazı?! Ya “minor” denən, ya “major” denən”. Yəni bu biabırçılıq baş verdi. Çünki onun savadı yoxdur da”
.






Fikirlər