Fiziki qüsuru olan 10 məşhur - FOTOLAR
Təəssüflər olsun ki, çox vaxt fiziki qüsurlu insanlar həyatdan küsərək, hər kəsdən qaçmağa çalışırlar. Onun doğuşdan sonra aldığı zədəyə görə, ayağının birini amputasiya edilib. Lakin Viktoriya ruhdan düşməyib və bu qüsurunu özünün yaradıcı üstünlüyü adlandırıb. İndi Viktoriya məşhur jurnalların üz qabığına çəkilən müğənnilərdəndir.
2. Stiven Xoker – 21 yaşı olarkən iflic keçirib və həkimlər ona yaşamağı üçün cəmi iki il vaxt qoyublar. Həmin vaxtda Oxford universitetində oxuyan Stiven, nəinki, təhsilini davam etdirib, eyni zamanda nəzəri fizikanın əsasını qoyub.
3. Silvestor Staloni – anadan olanda həkimlər onun simasının iflic keçirdiyini və çənə hissəsində yaranmış problemdən danışığında qüsurların olacağını vurğulayıblar. Amma bu da aktyorun 50-dən çox filmə çəkilməyinə mane olmayıb. O, daha çox "Rembo”, "Rokki” kimi məşhurlaşıb. Burada isə ona siması deyil, əzələrinin möhkəm olması kömək edib.
4. Viktoriya Modesta – ilk bionik müğənni adlandırılır.
5. Piter Dinkleyc – karlik olmağına görə heç vaxt məyus olmur. 135 sm boyu olan Dinkleyc, hətta, bəzən boyunun balaca olmağını zarafata salaraq, "anam hamilə olanda atom elektrostansiyasınının yanından keçib”, - deyir.
6. Ceymi Bruyer – Daun sindromlu aktrisa və model "Amerikanın qorxu tarixi” serialının əsas qəhrəmanlarındandır. Eyni zamanda o, model kimi də səhnəyə çıxıb. Ceymi deyir ki, mən bütün xanımlara göstərmək istəyirəm ki, fiziki qüsurunun olub-olmamağından asılı olmayaraq, hər kəs istəyinə nail ola bilər.
7. Forest Uitaker – anadan gəlmə sol gözünün ptoz (gözün üst pərdəsinin aşağı düşməsi) xəstəliyi aktyora daha çox şöhrət qazandırıb. Belə ki, o, ən yaxşı kişi roluna görə, Oskar mükafatı alıb. Bundan başqa, o, "Qızıl Qlobus”, "Emmi” və "BAFTA” mükafatları da qazanıb.
8. Ar Cey Mit – anadangəlmə serebral iflicdən əziyyət çəkir. "Hər şey bərbad” kinosunda Uoter rolunu oynayan aktyor düşünür ki, fiziki qüsurlu insanlara kömək etmək onun borcudur.
9. Marli Metlin – yeganə kar aktrisadır ki, ən yaxşı qadın obrazına görə, "Oskar”a layiq görülüb. O, "Uşaqlar Allahdan da üstündürlər” kinosunda oynayıb. Bundan başqa, bir sıra seriallara da çəkilib.
10. Nik Buyçiç - əzələlərinin olmamasından əziyyət çəkir. Anadangəlmə olan bu xəstəlik onu həyatdan küsdürməyib, əksinə, daha güclü olmağına səbəb olub. Nik ailə də qurub. Eyni zamanda bir çox kitabların müəllifidir.