“Həyat yoldaşım məni yaxın rəfiqəmlə aldadıb” - Röya/ VİDEO
"ARB Ulduz”da yayımlanan "Şou məkan” proqramının bu dəfəki qonağı əməkdar artist Röya Ayxan olub. AzerTaym.az xəbər verir ki, ona ünvanlanan suallara olduqca maraqlı cavablar verən əməkdar artist "Darıxdım” mahnısı ilə söhbətə start verib. "Muxtarla aramızda olan bir işdi. Həmişə deyirdi ki, bəlkə, bir gün oxuyaq. Çünki "darıxmışam”ı çox insan oxuyub. Biri də mən olsaydım, nə olardı, dedim. Baxmayaraq ki, bir neçə il öncə bizim Nadir müəllimlə problemimiz olmuşdu. İllər keçib. Məncə, yenidən mahnını yaşamaq ona da xoş olar. Klipi Tural Əsədov çəkdi. Özü də klipdə çəkilib. Klipə sonadək baxarsınız. Çünki mən sonda ağlamışam. Bu qısa bir film fraqmentidir. Məncə, bəyənəcəklər”. Daha sonra verilişə Röyanın klipdəki həyat yoldaşı da təşrif buyurub: "Bizim yəqin ki, "İstanbul tətili” filmimiz yəqin ki, yadınızdadır. Mənim filmdəki aktyor yoldaşım və həyat yoldaşım (Rüfət Nəzərov). Hansı ki, o, məni çox yaxın rəfiqəmlə aldadıb. Sən məni necə dəyişə bildin?”