Rəqqas səhnədə öldü (VİDEO)

Səhnədə ölən rəqqas

Tamaşaçılar onun şou göstərdiyini zənn ediblərRəqqas şousunun ortasında səhnədə öldü.

Hadisə öz rəqsləri ilə məşhur olan Hindistanda baş verib. Adı Omanakuttan olaraq açıqlanan 45 yaşlı rəqqasın bütün ömrü demək olar ki, rəqsə həsr edilib. Rəqqas bacarığını nümayiş etdirmək üçün bir neçə gün öncə yenidən səhnəyə çıxıb. Ancaq rəqs etdiyi yerdə qəfildən yerə yıxılıb. Tamaşaçılar onun yıxılmağını şounun bir hissəsi zənn ediblər. Bunun üçün də uzun müddət ona reaksiya verən olmayıb. Rəqqasla birlikdə səhnəyə çıxan yıxılan kişinin uzun müddət tərpənməməsindən narahat olaraq yanına yaxınlaşıb. Onun özünü piss hiss etdiyini bildirəndən sonra isə pərdələr yarımçıq çəkilib. Lakin rəqqası xilas etmək mümkün olmayıb. Nəticədə rəqqas səhnədəcə ölüb.

Qeyd edək ki, bənzər hadisə bir müddət öncə Çeçenistanda da baş verib. Liza Əhmədova mahnı oxuduğu zaman onu müşayiət edən 48 yaşlı rəqqas səhnədə birdən yıxılıb.
Zaldakılar hadisənin şounun bir parçası olduğunu zənn ediblər. Ancaq bir müddət sonra rəqqasın hərəkətsiz qalması hər kəsi qorxudub. Təcili tibbi yardım çağırılıb və həkimlər rəqqasın öldüyünü bildiriblər.
AzerTaym.az






Fikirlər