Səhnədə İLAN sancan müğənni dünyasını dəyişdi
İndoneziyada bədbəxt hadisə baş verib.
Musavat.com xəbər verir ki, indoneziyalı məşhur müğənni İrma Bule səhnədə çıxışı zamanı dünyasını dəyişib.
Məlumata görə, səhnəyə zəhərli ilanla çıxan müğənni onun quyruğunu tapdalayıb. Bundan sonra "kral kobrası" dərhal 29 yaşlı qadını sancıb.
İlan sancdıqdan 45 dəqiqə sonra müğənnidə qusma və ürəkgetmə halları başlayıb.
Sənətçi dərhal xəstəxanaya aparılsa da, hər şey üçün artıq gec olub.