Azərbaycanlı məşhuru toyda DÖYÜBLƏR

Azərbaycanlı məşhuru toyda döyüblər

"Bacanaqlar", "Qız atası" və digər seriallardaki obrazlari ilə sevilən tanınmış aktyor Teymur Məmmədov, eyni zamanda, tamada kimi toylara da gedir.

"AzerTaym.az" xəbər verir ki, aktyor el məclislərində başına gələn maraqlı hadisələri yeniçağ.az-a danışıb. O, hətta döyüldüyünü belə gizlətməyib:
"Tamada kimi toylara da gedirəm. Amma məclislərdə o qədər qan qaraldan hadisələrlə rastlaşıram ki, bəzən getdiyimə də peşman oluram. Çünki məcbursan hamını yola verəsən. Sintezatorun təzə çıxan vaxtlarıydı, toyda bir nəfər gəldi ki, qara zurnada mənim havamı çal, oynamaq istəyirəm. Ansamblda da qara zurna yoxdu axı, qaldıq çıxılmaz vəziyyətdə. Adam da dirəşib, əl çəkmir. Sintezator da elədir ki, bütün alətlərin səsini çıxarır. Musiqiçi qara zurna səsində mahnı verəndə kişi cumdu üstümüzə ki, ə, bəs bayaqdan deyirdiniz, zurna yoxdur. Başqasının havasını çalırsınız, mənim yox.
Adam lül-qəmbər, nə illah elədik, kişini sakitləşdirə bilmədik. Bir dəfə də bir kişi sağlıq dedi ki, bəs inşallah, o gün olsun torpaqlarımız alınsın. Bir nəfər yekəpər kişi üstümə yeridi ki, ə, sən nə danışırsan? Səhv anlamışdı: elə bilmişdi ki, torpaqların ermənilər tərəfindən alınmasını arzulayıb. Həm də ona elə gəlib ki, o sözü mən demişəm. Çənəmə bir yumruq vurdu, gözlərim qaraldı. Ortalıq qarışdı, ev yiyəsi gəldi, kişini güclə aralayıb apardılar. Pulunu nümayiş etdirənlər də çox olur. Yüzlüklər, əlliliklər çıxardıb arasından bir manat verənlər də görmüşəm. Tamadalıq çətin işdir; yeməkdən, içkidən narazı olanlar də gəlib sənin yaxandan yapışır".

 






Fikirlər