M.Əliverdiyeva: “Təranə və Nazənin verilişimə gəlsələr...
Ərini Rəqsanə kimi gizlədən xanım müğənnilər olsa da, başqasının əri ilə yatdığı xəbəri yeni mövzu oldu.
Aparıcı Mətanət Əliverdiyeva:
“Baş verənləri tərbiyəsizlik hesab edirəm. Ümumiyyətlə, qadın şəxsi həyatını o cür ortalığa qoymaz. Biabırçılıqdır. O, ona deyir sən mənim ərimlə gəzmisən. Bu ona cavab verir ki, 7 ərindən hansı biridir? Bununla nə qürur duyurlar? Əvvəla gəzibsə də, kənarda. Bu efirdə işlənən söz deyil axı. Onlar mənim verilişimə gəlsələr ikisini də biabır edərəm. Qadın o hərəkətləri ilə qürur duymaz. Əxlaqsızlıqdır! Bu nə sözdür? Nazənin qürur duyur 7 əri ilə ? Qadına yaraşmaz belə bir şey. Ailəli, nəvəli, nəticəli insana yaraşmaz belə bir şey.