Samir-Kamran qalmaqalı son həddə çatdı — "Məni hüquq mühafizə orqanlarında "Quran"a əl basmağa kim MƏCBUR EDƏ BİLƏR?"

Samir-Kamran qalmaqalı son həddə çatdı — "Məni hüquq mühafizə orqanlarında "Quran"a əl basmağa kim məcbur edə bilər?"

Müğənni Samir Piriyev Kamran Həsənliylə arasındakı 85 minlik pul qalmaqalıyla bağlı son açıqlamasını verib.

"Ölkə.Az"-a açıqlama verən sənətçi bildirib ki, sözügedən mövzu haqda bir daha danışmayacaq:
"Bu məsəylə bağlı son açıqlamamı verirəm və artıq Kamran Həsənlinin yalanlarını ifşa etməkdən bezdiyimi etiraf edirəm. Kamranın iddiasına görə, guya məni şirkətə şərik edib. Deyir ki, o da mənimlə bərabər xeyli ziyana düşüb. Yeganə istəyim budur ki, məni kənara qoysun, özünün o şirkətə dair səhmlərini, hesab fakturalarını və 300 min avro vəsaitin qəbzini göstərsin. Axı bu ağ yalandır. İstintaq dediklərimi ondan tələb etdi. Kamran heç bir qəbz, sənəd göstərə bilmədi. "Quran"a and içmək məsələsi isə ümumiyyətlə absurd və gülünc iddiadır. Məni hüquq mühafizə orqanlarında "Quran"a əl basmağa kim məcbur edə bilər? Bu nə gülünc müsahibədir?" 
S.Piriyev bildirib ki, Kamran Həsənli üzləşmədə iştirak etməyib:
"İkincisi, əgər Kamran Ərhal Yılmazla əlbir deyilsə, onda bu məlumat haradandır? Ərhan Yılmaz Təzəpir məscidinə gəlmişdi, yoxsa hüquq mühafizə orqanlarına izahat verməyə? Kamran iştirak etmədiyi üzləşməylə bağlı müsahibə verəndə qorxmur ki, istintaq çağırıb soruşar ki, ay türk oğlu türk, sən axı orada yox idin, yaydığın yalan məlumatların məsuliyyətlərini dərk edirsən? Mən bu məsələylə bağlı real etiraf etmək istəyirəm. Bəlkə də Kamran Həsənli məsuliyyətini başa düşüb, vurduğu ziyanı çoxdan ödəmişdi. Sadəcə, onun havadarları və özəl universitet bitirmiş hüquqşünası Kamranı arxayın salıb, uçuruma aparırlar. Amma Türkiyə vətəndaşı Ərhan Yılmaz Türkiyə prokurorluğuna qolu qandallı gətiriləndə bildirib ki, Samiri tanımıram və cəmi bir dəfə görmüşəm. Ə.Yılmazın izahatda dediklərini hüquq mühafizə orqanları da təsdiqləyər. Yaxşı ki, vaxtında Kamranın mənə borclu olmağıyla bağlı danışıqların səs yazılarını protokol şəklində istintaqa təhvil vermişəm. Yoxsa indi Kamran deyərdi ki, Samirə borcum yoxdur. Bundan sonra Kamran nə danışsa, ona cavab verməyəcəyəm. Kamrandan heç nə yox, ona Bakıda əlbəəl verdiyim halal pulumu istəyirəm. Hüquq mühafizə orqanlarından obyektiv qərar gözləyirəm. Bu dünyada halal pulun batdığını heç görmədim. Mənim də pulum batmaz, inşallah".






Fikirlər