“Heç kimdən də qorxmuram”-Müğənni Elnarə
"AzerTaym.az" xəbər verir ki,bu günlərdə yerli saytların birində həmişəki kimi çox iddialı və məharətli fikirlərilə yenə "gündəmi zəbt edib."
“Bu gün toylarda hansı müğənnilər ifa etməməlidirlər ki, tamaşaçıların zövqü korlanmasın?”sualına həmkarlarına ismarıc göndərərək belə cavab verib:
“Heç kimdən də qorxmuram. Həmişə sözümü demişəm. Hər dövrdə zövqsüz ifalar və ifaçılar olub. Pislər olmasa, yaxşıların da qədri bilinməz. Kimlər olmamalıdır desək belə nə dəyişəcək?
Bu nə sizin, nə də bizim işimizdir. Bütün yük efirlərin üzərinə düşür. Hansı kanala deyə bilərik ki, kimi efirə çıxar, kimi çıxarma... Deyəcək nə borcuna?”