20.02.2014. - “Prodüsserdən istifadə edirlər, sonra deyirlər ki, sən mənim üçün nə etmisən?”
“İncə sənət” verilişində danışıb.
AzerTaym.az xəbər verir ki, Namiq Qaraçuxurlunun prodüsseri Ataş Hüseyn ifaçı ilə aralarında söz –söhbətin olmasına baxmayaraq, qalmaqalla ayrılmadıqlarını dilə gətirib: “Bizim aramızda söz –söhbət olub, amma sağollaşmamışıq. Sabah da sağollaşmalı olsaq, düzgün, bir-birinin xətrinə dəymədən ayrıla bilərik. Yəni dostluğumuz qalmaq şərti ilə”.
Proüsserlərin çoxunun qalmaqalla gündəmə gəldiyini söyləyən Ataş: “İşləyir müğənni ilə. Bir müddət keçir. Sonra deyir ki, belə idi. Bu elə idisə niyə iş görürdün onunla?”-deyə həmkarlarına sual ünvanlayıb.
Eyni zamanda iş birliyinin yarımçıq qalmasında günahı müğənnilərdə görən prodüsser fikirlərinə onu da əlavə edib ki: “ Bizim müğənnilərdə də az yoxdur. Prodüsserdən istifadə edirlər. Məqamı çatanda deyir sən mənim üçün nə etmisən ki?”.
P.S. "Ehh, a "Söyün" qağa,ayə təkcə şoubiznesdə döyül ha.Həyatda da elə adamlar var ki,budu ey,YOLÇU qağanın qohumu lal Hüsöynü deyerəm:Nə etsən də elə hey deyəjək sən mənim üçün neyniyifsən?! Çox "ne blaqodarnı" uşaxdı!"