Nadirin bu videosu tənqid olundu - “İÇKİLİ DEYİLƏM”
Sərt və qalmaqallı açıqlamaları ilə gündəmə gələn Nadir Qafarzadə yenə tənqid olunub. “Qafqazinfo” xəbər verir ki, 46 yaşlı ifaçının rəsmi instaqram hesabında paylaşdığı video müzakirələrə səbəb olub. İddia olunub ki, Qafarzadə paylaşdığı görüntüləri lentə alarkən sərxoş olub. Nadir isə etirazları birmənalı olaraq qəbul etməyib və tənqid edənlərə cavab verib: “Çoxları düşünür ki, mən içkiliyəm. Əsla yox! Sadəcə istədim ki, sizə pozitivlik ötürüm”.