NADİR Qafarzadə İRADƏ İbrahimovanı yıxıb sürüdü — "AYIB OLSUN sənə"

“Nadir Qafarzadə İradə İbrahimovanı yıxıb sürüdü — "Ayıb olsun sənə"Müğənni Nadir Qafarzadə həmkarı İradə İbrahimovanın doğuş videosundan danışıb.

 AzerTaym.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi “Bizimləsən” verilişində bunları deyib:

“İradə İbrahimovanı qapalı, kübar müğənni kimi tanımışam. O başqa şeylərlə gündəmə gələn olmayıb. Videosunu görməmişəm. Bəlkə o görüntüləri paylaşaraq, hansısa xoş hisslərini bölüşmək istəyib”.

N.Qafarzadə sənəti ilə yox, başqa məsələlərlə gündəmə gələn həmkarlarına irad tutub:

“Uşaq dünyaya gətirməklə gündəmə gəlirlər. Yataq otağından şəkillər paylaşırlar. Çox ayıbdır. Sənin həyatın sənə aiddir, bunu yayma. Mənim aldığım tərbiyə budur. Biz sovet dövründə mentalitet, həya görmüşük. Bugünkü günlə ayaqlaşa bilmirəm. Deyirlər, müasirləşmişik. Mən belə müasirlik istəmirəm”.






Fikirlər