Məşhur filmin biletləri YARI QİYMƏTƏ düşdü - ALAN YOXDUR
Ötən həftədən etibarən sosial şəbəkələrdə “Kardeşim benim 2” filminin qala gecəsinə satılan biletlərin qiyməti ciddi şəkildə müzakirələrə səbəb olmuşdu. Belə ki, Burak Özçivit və aktyor heyəti ilə birgə “Park Cinema Flame Towers”in IMAX zalı və kokteyl partiyə giriş 200 AZN, baş qəhrəmanın oturduğu sıradan yuxarıdakı yer 400 AZN, standar zallar 50 manat və Azercell IMAX zalında ulduzlarla birgə seans 70 AZN idi. “Qafqazinfo” xəbər verir ki, sinemalar şəbəkəsi biletlərə marağın o qədər də ürəkaçan olmadığını nəzərələ alaraq giriş qiymətinə 50 faiz endirim edib. Aktyorları görmək və onlarla ünsiyyət qurmaq istəyənlər yarı qiymətə bilətləri əldə edə biləcək. Onlar yalnız bu endirimdən üç gün (24, 25, 26 noyabr) faydalanma şansı əldə ediblər. Qeyd edək ki, B. Özçivit Bakıya aktrisa xanımı Fahriyye Evcenlə birgə gələcək. Filmin premyerası noyabrın 30-da baş tutacaq.