“Sümüyüm ƏTİ cırıb çıxmışdı” - NAMİQ
“Artıq ağrılı günlərim geridə qalıb. Gipsi çıxarıblar. Məndə açıq sınıq idi. Sümüyüm əti cırıb çıxmışdı. Onun bərpası üçün zaman lazımdır. Fevralın 15-i əməliyyatın 2 ayı tamam olur. İnşallah o vaxt ayağa qalxa biləcəm. Hər yerə çəliklə gedirəm güc düşməsin deyə. Hardasa işim olanda gedə bilirəm". “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Günə son” verilişinə açıqlamasında meyxanaçı Namiq Qaraçuxurlu deyib. Tanınmış ifaçı ayağının sınması ilə bağlı danışıb: “Demək olar ki, sənət dostlarımın çoxu gəldi. Təşəkkür edirəm hər kəsə. Hələki fəaliyyətimi saxlamışam. Ağrılar olduğu üçün yazıb-poza bilmirəm. Fevralın 22-si İranda çıxışım var. Dünən dostlarımla görüşmüşdüm. Gəlib evdən məcbur çıxartdılar. Bu gün də yenə çıxıb görüşəcəm. Havamı dəyişməliyəm”.