Özündən 15 yaş kiçik şəxsə ƏRƏ GEDƏN Elnarə: "Peyğəmbərdən ARTIQ deyilik ki ..."
"Mənimlə Elxanın arasında (həyat yoldaşı) 3-4 yaş fərq ola bilər" AzerTaym.az bildirir ki, bu sözləri ölke.az-a müsahibəsində tanınmış xanəndə, əməkdar artist Elnarə Abdullayeva deyib. Şəxsi həyatı haqqında danışan ifaçının müsahibəsindən kiçik bir hissəni təqdim edirik:
- Sosial şəbəkələrdə həyat yoldaşınızın sizdən 7 yaş kiçik olduğu... (Sözümü kəsir)
- İnsanları yaş fərqinə görə qınamaq doğru deyil. Mənimlə Elxanın arasında (həyat yoldaşı) 3-4 yaş fərq ola bilər. İnan ki, 15 yaş da fərq olsaydı, bunu normal qəbul edərdim. Çünki nə mən Xədicə anamızdan, nə də Elxan Peyğəmbərimizdən artıq deyilik. Odur ki, hansı yaşda ailə qurursan, qur, qadın əxlaqını, namusunu qorumalıdır. Əvvəl hamı deyirdi ki, bu gün varıq, sabah yoxuq. Amma mən deyirəm ki, bu gün varıq, bu gün olmaya da bilərik. Həyatda hər şey boşdur (kövrəlir).
- Belə düşüncənizə görə həmkarlarınız tərəfindən qınandığınız hallar olurmu?
- Mənimçün heç kimin fikri, düşüncəsi maraqlı deyil. Mənim bir düşüncəm var. Elnarə, əxlaqlı, vicdanlı olacaqsan, millətə, xalqa can yandıracaqsan, hər kəsə evindəkilər kimi hörmətlə yanaşacaqsan. Mən inanıram və dərk edirəm ki, hər şey gəldi gedərdi. Hər şeydən ötrü cavab verəcəyik. Bu qalmaqallar bizə lazımdırmı? Bir tikə çörəyimizi qazanaq, sakit yaşayaq, ölüb gedək də.