İRADƏ İSAQ "LİDER" dən GETDİ
Aparıcı İradə İsak "Lider”dən gedib.
AzerTaym.az Axşam.az-a istinadən xəbər verir ki, o, bir müddətdir "Ümidlə gəl” adlı verilişində görünmür.
Əldə etdiyimiz məlumata görə, İ.İsakın layihənin rəhbəri Hacı Quliyevlə arasında söz-söhbət olub. Buna görə də o, proqramı qoyub və gedib. Layihə rəhbəri verilişi özü tək aparmağa başlayıb.
Qeyd edək ki, sosial mövzuların müzakirə edildiyi "Ümidlə gəl” həftə içi beş gün efirə gedir.
İ.İsak bundan əvvəl ATV, ANS-də çalışıb. O, uzun fasilədən sonra ikinci dəfə "Lider"də işə başlamışdı. Onun bundan əvvəl sözügedən kanalda "Tor" adlı proqramı yayımlanırdı.