KAMAL ZEYNALLI OD PÜSKÜRDÜ: MARALA BİR GECƏYƏ 600 manat ...
Son dövrlər sosial şəbəkələrin fenomeninə çevrilən Maral Tahirqızı son qalmaqallı videosunu yayanları məzəmmət edib. AzerTaym.az xəbər verir ki, o, videonu yayanlara naməlum cinslər deyə xitab edib: "Sözüm mənim sənətimi qaralayan bəzi naməlum cinslərədir. Bir aktyor demek olarsa ona, naməlum cinslərdən idi (?), az qala masada baxışlarıyla gözümü çıxardırdı". İnstaqram izləyiciləri onun bu sözləri Kamil Zeynallı ilə Hüseyn Əzizoğluya ünvanladığını yazır və hər ikisini tənqid atəşinə tutublar. Kamil Zeynallı BAKU.WS-ə açıqlamasında Maral Tahirqızı ilə aralarında heç bir problem olmadığını, əksinə sözügedən qadına əl tutduğunu açıqladı: "O sözü deyən qələt edir! Maral o sözləri mənim ünvanıma deyə bilməz. Çünki mən Marala bir gecəyə 600 manat qazandırmışam. Mənim çağırdığım restoranda 600 manat pul yığdı. Biri 100 manat, biri 50 manat verdi. Biz Maralla məzələnməmiş, ona müğam oxutdurmayacaqdılar ki? Qadın bacardığını oxuyub pul qazanır. O klaviatura arxasında outran boş çənələr ağızlarına gələni yazmasınlar. Marala belə ürəkləri yanır, aparıb 50 manat versinlər".