Ali Məhkəmədən “ƏFRUZƏ və KAMİL işi” ilə bağlı QƏRİBƏ QƏRAR

Ali Məhkəmə idmançı Kamil Zeynallı və jurnalist Əfruzə Ağayeva arasındakı məhkəmə işi ilə bağlı qərar qəbul edib.

Bu barədə Modern.az-a məlumat verən vəkil Asif Abdullayev deyib ki, 
Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb:

“Məhkəmənin qərarına əsasən, Əfruzə Ağayeva Kamil Zeynallıdan üzr istəməli və ona 1000 manat məbləğində təzminat ödəməlidir. Eyni zamanda da Kamil Zeynallı təkzib verməli və Əfruzə Ağayevaya 1000 manat təzminat ödəməlidir”.

Qeyd edək ki, K.Zeynallı Ə.Ağayevanı təhqir etdiyi üçün sonuncu məhkəməyə müraciət etmişdi.






Fikirlər