Vüqarın döyülməsi ilə bağlı yeni faktlar ortaya çıxıb

Vüqarın döyülməsi ilə bağlı yeni faktlar ortaya çıxıbAzərbaycanlı müğənni Vüqar Muradovun Moskvada meşədə döyülməsi ilə bağlı şok faktlar ortaya çıxıb.


Axşam.az xəbər verir ki, hadisənin təfərrüatları barədə lent.az-a açıqlama verən V.Muradovun yaxın dostu, iş adamı, bəstəkar Ruslan Əhmədoğlu bildirib ki, ifaçını Moskvaya toya təklif edən şəxs azərbaycanlı prodüser olub:

“Vüqara Moskvadan təklif gələndə dedik, maraqlan, gör kimdir? O da dedi ki, toyu mənə təklif edən şəxs aşıq Samirənin keçmiş əri, prodüser Rizvan Məmmədovdur. Məhz toy Rizvan tərəfindən təklif olunduğuna görə, düşünmədən razılıq verdi. İndi biz aşıq Samirə ilə də əlaqə saxladıq, dedi ki, keçmiş əri Gürcüstandadır. Yəni, bizim bildiyimiz qədər, Vüqarı toy adı ilə Moskvaya dəvət edən şəxs Rizvan olub".

R.Əhmədoğlu V.Muradovun döyülməsinin kim tərəfindən sifariş olunduğunu da təxmin etdi:

“Bir müddət öncə Vüqar həmkarı Fidan Süleymanova ilə efirdə söhbətində İmişli rayonu barədə bəzi fikirlər səsləndirmişdi. Onu Moskvada döyən adamlar da Vüqara deyiblər ki, “sən kimsən ki, İmişliyə sataşmısan?”. Onu da deyim ki, Fidan xanım özü də hazırda Moskvadadır. Vüqar xaraktercə aqressivdir. Ola bilər ki, fikrini deyib, kimlərinsə xoşuna gəlməyib, cavabında bu işi ediblər. Onu döyən şəxslər hadisədən sonra verdikləri 1000 manat pulun 900 manatını götürərək, ərazidən uzaqlaşıblar.
Artıq Vüqarla bütün əlaqələrini quran adam da tapılıb. Hadisəni törədənlərdən biri də Şəmkir sakinidir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Bu işdə əli olan hər kəs cəzalandırılacaq”.


R.Əhmədoğlu onu da əlavə etdi ki, hadisə ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin attaşesi Toğrul Mahmudova məlumat verilib.

Qeyd edək ki, “Yeni ulduz” yarışmasının iştirakçısı olan V.Muradova bir neçə gün öncə 1000 AZN beh müqabilində Moskvaya toya dəvət etmişdilər. Lakin naməlum şəxslər onu Moskvada hava limanında qarşılayaraq, meşəyə aparıb, orada soyundurub, döyüblər.






Fikirlər