ROZA ZƏRGƏRLİ İlhamə Bədəlovanı İFŞA ETDİ: “XƏSTƏ İŞÇİSİNİ qovmuşdu”
Xəbər verdiyimiz kimi “Maşın” şounun növbəti buraxılışında oyunu aparıcı İlhamə Bədəlova tərk edib. Lakin verilişin sonuna yaxın Bədəlova ilə müğənni Roza Zərgərli arasında mübahisə düşüb. AzerTaym.az xəbər verir ki, sağlamlıq verilişinin aparıcısı İlhamə Bədəlova səhiyyə işçilərindən dəstək və səs istəyib. Bu zaman Roza Zərgərli səsini qaldıraraq İlhamənin səhiyyə işçilərindən səs istəməyə haqqı olmadığını deyib: “Sənin səhiyyə işçilərindən və həkimlərdən səs istəməyə haqqın yoxdur. Sən sadəcə o verilişin bir simasısan. Azərbaycanda öz işini bilən və Hipokrat andı içən yüzlərlə savadlı həkim var. Sən isə ağır xəstə olan işçini işdən qovmusan!” Sözü yarımçıq kəsilən İlhamə Bədəlova danışmaq istəyəndə verilişdə qısa reklam fasiləsi gedib. Murad Dadaşov isə şəsxi məsələlərin “Maşın”şouda müzakirəyə qaldırılmasının doğru olmadığı deyib. İlhamə Bədəlova R.Zərgərlinin onun ünvanına səsləndirdiyi ittihamları qəbul etməyib: “Yüzlərlə xəstə insanı əməliyyat etdirmişəm, bunu hər kəs bilir. Qaldı ki, o insanın işdən çıxarılmağına, onu xəstə olduğu üçün deyil, tamamilə başqa səbəbdən dolayı işdən çıxarmışam”. İki məşhur arasında qızğın mübahisə getməsinə baxmayaraq, aparıcı oyunu tərk edəndə Roza Zərgərli ilə də öpüşüb, sağollaşıb.