"YAXŞI ÖPÜŞMƏK üçün dodaqlarını böyüdürlər" - 64 yaşlı müğənnidən efirdə ŞOK AÇIQLAMA - VİDEO
Əməkdar artist Cavanşir Məmmədov "Hər şey daxil"in efirində cəsarətli açıqlamaları ilə yadda qalıb. Milli.Az xəbər verir ki, əməkdar artistlə eyni verilişdə qonaq olan məşhur xanımlar dodağını şişirdən kişi müğənniləri bu addımlarına görə qınayıblar. 64 yaşlı Cavanşir Məmmədov dodaq şişirdən kişi müğənnilərin bunu etmək səbəbini açıqlayıb: "Gəlin üstü örtülü danışmayaq. Mus-mus deyincə, Mustafanı deyin. Hamı bilir nə var, nə yox. Dodaq şişirdən kişi müğənnilər yaxşı öpüşmək üçün bunu edirlər. Elə üstü örtülü danışırsınız".