İlqar Mikayıloğlu xərçəngdən əziyyət çəkən xanımı üçün GÖRÜN NƏLƏR EDİR
“Bilirsiniz, həyatda ən gözəl hiss nədir? Məhz gözəlliyi görməyi bacarmaq və o gözəllikdən zövq almaq. Ən çətin anınızda belə həyatımızı gözəlləşdirməyi bacarırıqsa, demək Allahın verdiyi ömrü layiqincə qiymətləndirməyi bacarmışıq”. Publika.az xəbər verir ki, bu sözləri xərçəng xəstəliyindən müalicə alan aparıcı və vəkil Zülfiyyə Bayramovaya sosial şəbəkədə yazıb. O bildirib ki, xərçəng xəstəliyindən əziyyət çəkdiyi müddətdə yaxın rəfiqəsi, modelyer Şəlalə Maqsudova və Nura Babayeva ona hər zaman dəstək olmağa çalışır. Tanınmış vəkil rəfiqələrinin onun başına xına ilə çəkdiyi keçici döymə şəkillərini sosial şəbəkədə paylaşıb və sözlərinə belə davam edib:“Bilirəm ki, onkoloji xəstəlikdən əziyyət çəkən qadınların böyük əksəriyyəti saçlarının töküldüyü dönəmdə ağır stress keçirir, depressiyaya düşür və özlərini cəmiyyətdən təcrid edirlər. Bunu nəzərə alaraq yaxın rəfiqələrim Nura Babayeva və Şalələ Maqsudova ilə onlara dəstək olmaq və onların yanında olduğumuzu göstərmək üçün layihə etdik. Çətin günlərimdə hamı mənə “Biz səninləyik” dedi. Tezliklə mən bütün onkoloji xəstə qadınlara “Mən sizinləyəm” deyəcəm. Allah hər bir xəstənin şəfasını verin”.Z.Bayramova daha sonra əlavə edib ki, həyat yoldaşı aparıcı İlqar Mikayıloğlu ona tez-tez sürprizlər edir: “Səhər gözümü açıram və görürəm İlqar əlində bir dəstə güllə dayanıb "Səni sevirəm, Zülfiyyə" deyir".Qeyd edək ki, Z.Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə bir kurs müalicə alıb. O, malicəsini Bakıda davam etdirir.