DENİZ ÇAKIRIN sevgilisiylə əyləncə gecəsi polisdə bitdi
Türkiyəli aktrisa Deniz Çakır 4 aydır birlikdə olduğu musiqiçi Güvenç Dağüstünlə Bodrumda dincəlir. “Qafqazinfo” “Posta” qəzetinə istinadən xəbər verir ki, cütlük ötən gecə klublardan birində əylənərkən məkana aktrisanın eks-sevgilisi Volkan Yüksel daxil olub. İddiaya görə, bundan narahat olan Çakır sevgilisinin qulağına söz deyib, daha sonra gərginlik artıb, mübahisə yaranıb. Baş vermiş hadisələr cərəyanında aktrisa gecənin sonunu sevgilisi və keçmiş sevgilisi ilə polis məntəqəsində keçirməli olub.
Volkan Yüksel V. Yüksel ifadəsi zamanı bunları söyləyib: “Deniz məni görən zaman sevgilisinin qulağına nəsə pıçıldadı. Güvenç isə iki kişi ilə birlikdə əyləşdiyim masaya yaxınlaşaraq “Buranı tərk et, yoxsa sənə günüvü göstərəcəm” deyə bağırdı. Daha sonra məni qollarımdan tutub çölə atmağa çalışdı”.