“MƏŞQİN BƏHANƏSİ YOXDUR” - Günaydan fotosessiya
Müğənni Günay İbrahimli tanınmış məşqçi Səbinə Məhərrəmova ilə obyektiv qarşısına keçib.
" AzerTaym.az" Axşam.az-a istinadlə məlumat verir ki,, onlar iki fərqli obraz yaradıblar.
“Məşqin bəhanəsi yoxdur” devizi ilə lentə alınan şəkillərdə Səbinə və Günay əvvəlcə iş xanımı obrazını əks etdiriblər, daha sonra fitnesslə məşğul olaraq insanlara idmanla bağlı çağırış ediblər.
Qeyd edək ki, layihənin prodüseri məşqçi Ceyhun Vəliyevdir. Videonu Hüseyn Qəribov, fotoları Həmid Həmidli çəkib.