XATİRƏ: "Arıq olsam, bundan da AÇIQ GEYİNƏRDİM" - FOTO

Müğənni Xatirə İslam "5/5" verilişinə geyindiyi qalmaqallı libasından danışıb. 

Tez-tez geyimləri ilə gündəmə gələn sənətçi bildirib ki, hələ çəkisinə görə ürəyi istəyəni geyinə bilmir. 

Xatirə arıqlayıb, daha da cəsarətli libaslar geyinmək arzusunda olduğunu söyləyib:

"Geyimlərimə hər zaman fikir verirəm. Nəyin mənə olduğunu, nəyin olmadığını bilirəm. Evdə nəyə icazə verilmədiyini də başa düşürəm. Elə modellər var ki, balıq ətliyəm, mənə yaraşmır. Çox istəyərdim ki, heç olmasa 10 kiloqram arıq olum. Bundan da açıq, dəbli paltarlar geyinərdim. Həmişə deyirəm ki, nə olar səhər durum ki, 10 kiloqram arıqlamışam. Evdə deyirlər ki, elə demə, xəstələnərsən. Deyirəm, yox, xəstəliksiz arıqlamaq istəyirəm".






Fikirlər