“Ərimlə tutmuşam, sübut da etdim” Nazənin Təranəni məhkəmədə uddu
“Qafqazinfo”ya daxil olan məlumata görə, bir müddət öncə ANS efirində yaşanan məlum qalmaqaldan sonra tərəflər məhkəmədə görüşüb. Məhkəmədə araşdırma zamanı sübut olunub ki, həqiqətən Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə aralarında münasibət var. Mobil operatorların anten dairəsindən əldə olunan məlumatlarda Təranə Qumralın Nazəninin həyat yoldaşına yazdığı mesajlar da üzə çıxarılıb. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən, Təranə Qumral Nazəninin şərəf və ləyaqətini alçaltdığı üçün 10 min manat ödəməlidir.
Nazənin axsam.az-a açıqlamasında bunları deyib:
“Məhkəmədə qarşı tərəfin iddialarının əsassız, şər olduğu sübut edildi. Uzun müddət susdum, məhkəmə qərarının çıxmasını gözlədim. Haqlı olduğumu bilirdim. Vəkilim Adəm Məmmədovun savadlı olduğuna və məhkəməni udacağına inanırdım. Mənə və ailəmə atılan yalan və böhtanların cavabını məhkəmə prosesindəki qalibiyyətimlə verdim. Bəziləri məni qınadı ki, gərək bağışlayardın. Amma ailəm, şəxsiyyətim təhqir olundu. Necə susum? Təranə Qumralı ərimlə tutmuşam və bunu sübut da etdim. Məhkəmədə onun ərimə yazdığı intim mesajların hamısı ortaya çıxdı. İstəyirlər, bundan sonda Avropa Məhkəməsinə versinlər".
Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı:
"Ailəli kişi ilə nikahdasan. Orada tərbiyə dərsi keçmə. Ərimi sən öyrətdin, evimə dava saldın. Bütün Azərbaycanı fırlatdın, gəl Musanı da sənə verirəm. Ev-eşik görməmişdin. Yanındakına çox sağ ol de ki, indi kirayədən canın qurtarıb. Təranənin evi də, maşını da illərdir var. "Ərim" deyirsən. O, başqasının atasıdır. Mənim halal yoldaşım, 21 ildir yanımdadır, onu ər görmürsən? İki ildir birini keçirmisən əlinə, ər deyirsən. Məhkəməyə vermək istəyirsənsə, get ver. Onun sənəti yoxdur ki, sənət davası çəksin".