EMİN Fidan üçün SƏS İSTƏDİ

Emin Fidan üçün səs istədi

Xalq artisti Emin Ağalarov sabah Minskdə baş tutacaq “Junior Eurovision” yarışmasında Azərbaycanı təmsil edəcək Fidan Hüseynova üçün səs istəyib.

AzerTaym xəbər verir ki, sənətçi sosial şəbəkədə Fidanın fotosunu paylaşaraq hər kəsi həmyerlisinə dəstək olmağa çağırıb: “Junior Eurovision”da iştirak edən mənim həmyerlim Fidan Hüseynovaya dəstək oluruq və birlikdə səs veririk. Uğurlar, Fidan!”. 

Qeyd edək ki, F.Hüseynova Azərbaycanı müsabiqədə 7-ci sıra nömrəsi ilə “I wanna be like you” mahnısı ilə təmsil edəcək.






Fikirlər