XATUN fikrində qətidir, BARIŞMAYACAQ...
Müğənni Xatun Əliyeva məhkəməlik oluğu keçmiş rəfiqəsi, rəqqasə Fatimə Fətəliyeva ilə barışmayacağını açıqlayıb. "AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ifaçı bu barədə “Səhər-Səhər” proqramına qonaq olarkən danışıb. Xatun bildirib ki, qalmaqal məhkəməyədək gedib çıxdığı üçün rəqqasə ilə münasibəti normallaşmayacaq: “Həyatı boyu barışmaram. Məhkəmə olmasaydı dostlarımın sözündən çıxmazdım, barışardım. Məhkəməyə kimi gedib çıxmağı lazım deyildi. İstəyirəm ki, söhbəti dəyişək”.