Qrupu tərk edib solo ifaya keçdi - FOTOLAR
Bir zamanlar bəstəkar Nailə Mirməmmədlinin “Səmum” qrupunda ifa edən müğənni Murad Mehrəliyev artıq solo fəaliyyətə başlayıb.
Publika.az xəbər verir ki, onun ilk solo işi də artıq hazırdır. Belə ki, Murad sözləri Aysel Nəcəfliyə, aranjemanı Rasim Məmmədova aid “Qəlbimi əritdin” bəstəsini ərsəyə gətirib. İfaçı sözügedən mahnısının dinləyicilər tərəfindən seviləcəyinə əmindir.
Qeyd edək ki, M.Mehrəliyev tezliklə mahnılarından birinə klip çəkdirməyi də düşünür.