“Qayınananın sözünə baxmırsansa, evdən getməlisən” - VİDEO
Əməkdar artist Elnarə Abdullayeva ATV-də yayımlanan “Gündən-günə” verilişində işlətdiyi sözlər izləyiciləri hiddətləndirib "AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, proqramda gəlin-qayınana mövzusuna toxunulub. Sənətçi fikirlərini belə ifadə edib: “Çox maraqlıdır ki, indiki cavanlar ərə gedən gündən hər şeyin yaxşı olmağını istəyirlər. Elə bil ki, bunlar hansı dünyadan gəliblər. Kasıb adamın da balası bunu istəyir. Demirəm ki, kimsə pis olsun. Yaxşı olmaq üçün savaşmamalı, buna çalışmalısan. Gəldiyin evin suyunu bulandırmamalısan. Sənə kim haqq verir ki, bu evi dağıdasan? Hamı kasıb adamdır, zülm çəkib, ev tikiblər. Gəlin kimi ora gəlib, evi qarışdırmağa başlayıram. Yaşamaq istəmirsənsə, övladım, götür, şələ-küləni çıx get. Gəlib, qayınana, qayınatanın sözünə baxmayacaqsansa, sənə verilən rahat evdə otura bilməyəcəksənsə, get. Əgər qayınananın sözü varsa, görürsən ki, onun sözünü yeyə bilmirsən, evdən get. Ev almışam ki, gəlib günümü qara edəsən? Bununla razılaşmıram”. Onun bu fikirləri verilişin aparıcısı və digər qonaq tərəfindən etirazla qarşılanıb.