“Əli Mirəliyev “quşlarla” dostluq edir” - Dilarə Əliyeva
“O qədər “quşlayırlar” ki, adamın quşa qarşı ikrah hiss oyanır”. Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva İTV-də yayımlanan “Haradasan bu vaxtacan?” proqramında deyib. Senariyə əsasən, nümayiş etdirilən səhnəcikdə aktrisa improvizələr etməli olub. Zooparka işə düzəlmək üçün gələn Dilarəyə “CV-nizdə quşlarla problemlərinizin olduğunu yazmısınız” sualı ünvanlanıb. Aktrisa həmin suala belə cavab verib: “Quşu görəndə “quşlayan” adamlar gözünün qabağına gəlir. Mənim “quşlarla” problemim var, amma Əli Mirəliyev onlarla dostluq edir. Quşbaz adam başqadır da. Mən ancaq qəfəsdən quş açıb, buraxa bilərəm, “quşlaya” bilmərəm”.