İlhamə Quliyeva ilə Günel arasında qalmaqal: "Şıltaqlığı getsin evində etsin"
İlhamə Quliyeva ilə Günel arasında qalmaqal: "Şıltaqlığı getsin evində etsin"
Xalq artisti İlhamə Quliyeva ilə Azəri Günel Zeynalova arasında qalmaqal yaşanıb.
Axşam.az-ın məlumatına görə, Günelin başına tac taxması və "Yeni şahzadə gəlir. Bundan sonra hamı yerini bilsin. İlhamə xanımda bunu dəyərləndirib, cavab versin" sözləri qarşı tərəfi əsəbiləşdirib.
İ.Quliyeva "Onlar" verilişinə açıqlamasında G.Zeynalovaya cavab verib:
"Azərbaycanda hamı bilir ki, tacın sahibi İlhamədir. 15 il bundan əvvəl də tac taxardılar da... Rəsmi sənədlərlə taclarım var. Taxırsan öz işindir. Amma onu demək forması var. "Kim mənə nə deyə bilər? Taxıram əcəb edirəm" ifadəsi yanlışdır. Şıltaqlığı getsin evində etsin, mənim üçün yox".