İlhamədən Elzaya sərt cavab — “Az meymunluq eləsin“
Sənət nümayəndələri arasında da artıq millət vəkili olmağa iddia edən şəxslər var. Məsələn, əməkdar artist Elza Seyidcahan bir müddət öncə mətbuata açıqlamasında belə bir fikirdə olduğunu açıqlamışdı.
Bəs görəsən hər zaman kəskin çıxışları ilə seçilən xalq artisti İlhamə Quliyeva bu barədə nə düşünür? Onun namizəd olmaq fikri varmı?
AzNews.az xəbər verir ki, sənətkar Ölkə.Az-a açıqlamasında bildirib ki, bəzi millət vəkillərindən daha çox işlər görsə də, deputat olmaq fikrində deyil:
"Ölkəmin əsgəriyəm, bəzi millət vəkillərinin görmədiyi işləri mən görürəm. Ona görə də millət vəkili olmaq fikrim yoxdur. Ancaq bir iradım var ki, yerindən duran şou adamları parlamentdə oturmaq fikrinə düşüblər. Bu çox ayıb bir şeydir. Vay o günə ki bizim şou adamları gedib orada oturacaq. Yetərincə savadlı, ağıllı millət vəkillərimiz var. Düzdür, bir-ikisi də yararsızdır. Hesab edirəm ki, layiq olmayan kəslər başlarından yuxarı tullanmasınlar, ayıbdır. Parlamentdə oturmaqdan ötrü gərək millətə, dövlətə layiq savadın, biliyin, dünyagörüşün olsun. Yoxsa ki sən meymun hərəkətləri elə, get parlamentdə otur".
Sənətkar bir müddət öncə deputat olmaq istədiyini açıqlayan Elza Seyidcahanın fikirlərinə isə sərt reaksiya verib:
"Çox ayıb olsun onunçun. Heç nə demirəm. Getsin, onun heyvanları, qoşunları var, onlara konsert versin. Başına məşəl yerinə qəlyan qoyub. Meymun oynadan kəslər millət vəkili olmaq istəyirlərsə, vay o Milli Məclisin, deputatların halına. Elzanın bu fikrini pisləyirəm. Getsin mahnılarını yazsın, heç oxumasın da, ayıbdır. Oxumağı da ayıbdır. Sözüm yoxdur, savadlı musiqiçidir, bəstəkardır. Az meymunluq eləsin".