İkinci dəfə evlənən Anar Mədətov ilk dəfə danışdı: "Vadar edən insanlar oldu"

Prodüser Anar Mədətov şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Anar Mədətov Ülvira Qarayevanın aparıcılıq etdiyi “Astar” verilişində qonaq olub.

Aparıcının “Birinci ailənizdən ayrılanda uşaqlarınıza vəziyyəti açıqladınız?” sualına prodüser belə cavab verib: “Uşaqlar vəziyyəti görürdülər. Qızım İtaliyada idi, bu məsələdən az da olsa xəbəri var idi. Onlara xəbər çatdırmışdılar. Xınayaxdı mərasiminin olmasından Mahirin də xəbəri var idi. Sadəcə gündəmə gəlməsini, xəbərin mətbuata çıxmasını istəmirdilər. Bir qohum şəkilləri mətbuata sızdırmışdı.

Elnurənin ailəsi heç kim idi. Onun ailəsinin toy mərasimlərini Anar Mədətov edib. Hasarı olmayan insan kim ola bilər? Üstəlik o insanlar başa düşdülər ki, Anar Mədətovu yox, oğlunu ələ keçirmək lazımdır. Qazanan pullarını xərcləyək”.

İkinci dəfə evlənən Anar Mədətov aparıcının “Niyə xınayaxdı keçirdiniz?” sualına cavabda deyib: “Mən toy mərasimi keçirməyi özümə sıxışdırmırdım və istəməzdim də. Bu yaşıma yaraşmazdı. Xınayaxdı adət-ənənədir. Mən camaatın və övladlarımın gözündən düşdüm.

Övladlarımı çox sevirəm. Həyat davam edir. Məm istəməzdim ki, ikinci həyat yoldaşımın adı tez-tez səslənsin. Elnurə də uşaqlarımın anası idi. Sadəcə o insan başa düşmədi ki, övladlarını hamıdan çox istəmək lazımdır, qardaş uşaqlarını yox.

Mənim də atamla anamın problemi olsaydı, anamım tərəfini tutardım. Mənim uşaqlarım tərəfimi tutmayıblarsa, mən onları qınamıram. Çünki o, anadır. Amma vaxt olacaq hər şey öz yerini tutacaq. Onun haqqında pis və ya yaxşı nə isə deyə bilmərəm. Onunla 23 il yaşamışam.

 

Bu məsələnin Mahirin psixologiyasına təsir etməməsi üçün dua edirdim. Mahirin 24 yaşının olmasına baxmayaraq onu hər bir insan aldada bilər. Bizim ailə tablosunu pozmağa vadar edən insanlar oldu. Gəldilər, getdilər. Məsələn, maqazində oğurluq oldu. Sonra bildim ki, maqazindən oğurluq edənlər özümünkü olub”.

Anar Mədətov evlərini övladlarına verdiyini açıqlayıb: ”Evlərimi onlara verdim. Bodrumdakı ev mənim adıma idi, amma həmin ev artıq yoxdur. Yalandan orda-burda heç kim deməsin ki, evi əlindən aldıq. Saatlarım, qızıllarım hamısı evdə qaldı, heç nədə gözüm yoxdur”.

Qeyd edək ki, Anar Mədətov keçmiş həyat yoldaşı Elnurə Mədətovadan ayrılıb. Cütlüyün iki övladı var. Oğlu Mahir Emreli "Qarabağ" komandasının futbolçusudur, qızı isə xaricdə təhsil alır.






Fikirlər