“Elnur geri dönüşü olmayan bir yolu tutdu” - Fərqanə Qasımova

“Elnur geri dönüşü olmayan bir yolu tutdu” - Fərqanə Qasımova

"Bəzi saytlarda və sosial mediada yayılmış məlum xəbərlə bağlı fərqli şərhləri oxuduqca həm təəssüfləndim, həm də təəccübləndim. Əvvəla, bu həyatda hər kəsin bir sınağı olur. Tanımadan, bilmədən özgə bir ailəni müzakirəyə çıxarmaq kiməsə başucalığı gətirməz. Taleyin öz hökmü var".

 Bu sözləri Əməkdar artist Fərqanə Qasımova evindən özünə və anasına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunan həyat yoldaşı Elnur Mövlanov haqda çıxan xəbərlərə münasibət bildirərkən yazıb. Sənətçi ərinin geri dönüşü olmayan bir yolu tutduğunu qeyd edib:

"Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Tanrı bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyif ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yolu tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır. Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar kimsə başqasına rişxənd etməsin. Alim Qasımov sənəti, adı ilə mədəniyyətimizi zirvələrə qaldırıb. Onun adını lazımsız yerə hallandırmağa gərək yoxdur. Bunun özü də bir mədəniyyətdir. Hər kəsin diqqətini çəkmiş hadisə sadəcə, bizim ailə problemimizdir. Onu da qeyd edim ki, bu hadisə 1 ilə yaxındır baş verib. Buna baxmayaraq eşitdiyi məlumatları yalan və yanlış yayanlara ayıb olsun. Lütfən müzakirə mövzusu etməyin".

Qeyd edək ki, F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb. /Axsam.az






Fikirlər