“Həyat yoldaşımı bağışladım” - VİDEO

“Həyat yoldaşımı bağışladım”

 

“Bilirdim ki, tez qayınana olacağam, çünki ilk övladım qızdır. Qızlar tez ailə qurduğu üçün buna şansım var idi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova “Qırmızı” yutub layihəsində deyib.

Xanəndə qızı Fatimənin Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə qurmasından danışıb: “Qızımın və Ümidin ailə qurmasında böyüklərin əli yoxdur. Bu, cavanların özlərinin bir-birinə olan baxışlarından və ünsiyyətdən olan münasibət olub. Biz də onların izdivac fikrinə “yox” demədik. Allah bu sevinci nə bizə, nə oğlan evinə çox görsün. Əsas odur ki, Natiq Şirinov evinə gələn o qızı, gəlini öz övladı kimi sevir”.

O, “Fərqanə Qasımova həyat yoldaşını bağışlayıb” sualına “Hə” deyərək cavab verib.  

Qeyd edək ki, F.Qasımovanın həyat yoldaşı Elnur Mövlamova 8 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 180.2.4 (Soyğunçuluq) və 178.3.2 (Dələduzluq) maddəsi ilə təqsirli bilinib. F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.

 






Fikirlər