“Vaxtımı leş qarğalara sərf etmirəm, onları vəkilimə təqdim etmişəm, tədbir görülür”-FOTO+ÖZƏL

“Vaxtımı leş qarğalara sərf etmirəm, onları vəkilimə təqdim etmişəm, tədbir görülür”-FOTO+ÖZƏL

Tanınmış və sevilən müğənni Nazənin Salayeva Moderator.az-ın suallarını cavablandırıb.
 
-Nazənin xanım, adınızı tanıdana qədər çox əziyyətlər çəkmisiniz. Təbii ki, bu yolda daş atanlar, söz deyənlər, sizi qalmaqala təhrik edənlər də az olmayıb. Onlarla necə mübarizə aparırsınız? Gücü kimdən və nədən alırsınız?
 
-Bunu tək cümlə ilə ifadə edəcəyəm. Onları tamaşaçılardan, ailəmdən aldığım güc, sevgi ilə susdururam. Gücü mənə Allah verir. Allahın yıxmadığı bəndəni heç kim yıxa bilməz. O gözə görünməz hər şeyi görür, cəzasını da verir, mükafatını da. Mən heç kimə əlimdə faktlar olmadan şər-böhtan atmaram. Allahdan çox qorxuram.
-Bəzi saytlar və sosial şəbəkədəki səhifələr siz ad çəkmədiyiniz halda belə sizin adınızdan həmkarınızın ünvanına nələrsə yazır və hətta şəkillərinizi də birləşdirib dərc edirlər. Bunlara münasibətiniz necədir?
 
-Sadəcə gülürəm. Həmin səhifələri və saytları toplayıb vəkilimə təqdim etmişəm. Tədbirlər görüləcək. Məhkəmə vasitəsilə həm cərimələrini ödəyəcəklər, həm də həmin səhifələr bağlanacaq. Ad çəkilməyən yerdə şəkilimi paylaşmaq qanun pozuntusudur. Heç bir dünya ölkəsində ad çəkilməyən yerdə götürüb kiminsə şəkilini paylaşmazlar. Bu kimi hallar ancaq bizdədir.
-Söz-söhbət bəzən insanı öz işləri, ailəsi ilə məşğul olmaqdan da uzaqlaşdırır.. Sizdə necədir?
 
-Vallah başım ailəmə, əzizlərimə qarışıb. 2 yeni xalq mahnısı oxumuşam, onları təqdim edəcəyəm. Mən vaxtımı leş qarğalara sərf etmirəm. Arxamda hər zaman ailəm, həyat yoldaşım olub. Bu da mənə ruh və yaşamaq həvəsi verir. Tamaşaçılarımı, sevənlərimi mən də sevirəm. Allah hər birimizin başını gözəl işlərə qatsın.
 
-Bağışlamağı bacarırsınız?
 
-Allah bağışlayandır, biz kimik? Amma bir insanın səhvini dəfələrlə bağışlayanda o artıq onu səhv olaraq görmür. Onu mənim normal davranışım kimi görür. Yaxşılıq edəcəksən, yaxşılıq etdiyin insan sənə zərbə vuracaq. Bu qaydadır. Mütləq bu olacaq. Çünki sənin xalisliyin belə yoxlanılmalıdır. Yaxşılıq etdiyin sənə zərbə vuranda sən ruhdan düşüb “qürbətən illalllah” deyirdinsə demək o yalan sözdür.
 
-Hansı xasiyyətiniz başınıza bəla olub?
 
-İnsanlara güvənim, sayğım və səmimiliyim. Bəzən insan abrına bükülüb sakit dayananda onu cəsarətsiz kimi tanıyırlar. Şeytandan da pis insanlar var. Hədislərdə var ki, şeytan cəhənnəmin 4-cü qatındadır. Şeytandan aşağıda isə insanlar var cəhənnəmdə. Bəziləri şeytanın ustadıdır. Şeytan baxıb təəıccüblənir ki, bu hardan çıxdı? O yəqin ki, nələr-nələr bilir, gedim bir az öyrənim ondan. Həmin insanlar şeytana dərs keçərlər. 






Fikirlər