"Demişdi ki, ölsən, səni dəfn edə bilməyəcəyəm"
Xalq artisti Ənvər Həsənov "O üz" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi proqramda avtomobil qəzasında həlak olan aktrisa həyat yoldaşı Mömünat Qurbanovadan danışıb. O, mərhum xanımının ondan əvvəl dünyasını dəyişəcəyini əvvəcədən hiss etdiyini bildirib: "Mömünat hər şeyi qabaqcadan hiss edirdi. Bir gün evə gec gəlmişdim. Oturdu mənimə söhbət etdi. Dedi ki, "Uşaqlar, nəvələr var, xahiş edirəm, özünü qoru. Sən ölsən mən səni dəfn edə, məzarını düzəldə, yas verə bilməyəcəyəm. Mən səndən qabaq öləcəyəm və sən mənim üçün hər şeyi edəcəksən". Həyat elə gətirdi ki, belə də oldu".