Mənsum İbrahimov bu yolla formada qalır...
Xalq artisti Mənsum İbrahimov formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "7 Tamam" verilişində qonaq olarkən danışıb. Xanəndə hər səhər yürüyüş etdiyini bildirib: "10 ildən çoxdur ki, səhər 05:30-da Botanika bağında yürüyüş edirəm. Vərdiş edəndə problem olmur. Bəzən bərk yağış yağanda gedə bilmirəm, həmin gün hiss edirəm ki, nəsə çatmır".