"Yaşıdlarımı görəndə deyirəm ki, özünüzü niyə bu günə qoymusunuz?" - VİDEO
Əməkdar artist Könül Kərimova açıqlaması ilə diqqət çəkib. AzerTaym.az milli.az-a istinadən bildirir ki,"Rəngarəng" verilişində qonaq olan sənətçi özünü hansı yaşda hiss etdiyini açıqlayıb. "İstənilən xanım özünü təravətli saxlaya bilər. İstəsəm, özümə baxmayıb, 70 yaş kimi görünə bilərəm. Bəzən yaşıdlarımı görürəm ki, baxımsızdırlar, deyirəm özünüzü niyə bu günə qoymusunuz?
Efir adamı xüsusi ilə bu məsələdə diqqətli olmalıdır. Özümü daxilən 30 yaşlarda hiss edirəm".