"Boyu balacadır..." - XATİRƏNİ TƏNQİD ETDİ
Stilist Nərmin İbrahimova müğənni Xatirə İslamın geyimini tənqid edib.
“Şalvarın-koftanın işləmələri qarışıqdır, hamısı bir-birini tamamlamır. Boyu balaca olduğundan, ayağı uzun, trapes şalvar geyinərdi. Ayaqqabısı çox nəzərə çarpmazdı. Sadə geyimdir. Uzaqdan baxanda adi bir libas görürsən. Məsləhət görərdim ki, qarışıq köynək geyiniriksə, şalvar sadə olsun. Qara libas seçibsə, yaşıl ayaqqı və qırmızı çantadan istifadə edə bilərdi. Çantası və ayaqqabısı parıltılıdır. Bu da koftası və şalvarı üzərindəki bəzəklərlə uyğunlaşmır. Özəl aksessuar taxmayıb. Üzük və saatı gözə çarpmır. Makiyajı və saçı çox gözəl yaraşır”.