“Ayağımda olan gözəllik Xatirənin üzündə yoxdur”- Aparıcıdan cavab
Qafqazinfo”ya açıqlamasında teleaparıcı bildirib ki, Xatirə ilə münasibətləri hər zaman yaxşı olub və sənətçinin bu cür addım atması düzgün hal deyil:
“Söhbət mənim verilişimdən gedir, mənim verilişimdən sonra bəyanat verir, amma adımı yazmır. Bütün saytların paylaşdığı materialda mən və mənim verilişimdən kadrlar var. Belə çıxır ki, “İndi mən də deyim, o aparıcı kimlə sevişir?” sözləri mənə ünvanlanıb. Verilişdə xalq artisti Arif Quliyev, Rüfət Axundov var idi, mövzu da dostluq haqda idi. Rüfət bizə hörmət etdi, verilişdə qaldı. Rüfət də gedə bilərdi, dostu Xatirə getmişdi. Xatirə verilişdən getməklə nə etdisə, özünə etdi, mənə etmədi. O hesab edir ki, qəhrəmanlıq edib, amma yanılır. Mən təmizəm, çünki o gedəndən sonra axşam Xatirəyə zəng vurdum ki, görüm əsəbləri soyuyub? Telefonu götürüb yalandan dedi ki, bacısıdır, Xatirə evdə yoxdur.
Xatirə ilə münasibətim yaxşı olub, verilişimə gəlib-gedib. O, “Space” rəhbərliyinə zəng vurub ki, veriliş efirə getməsin. Xatirə güclü adam deyil ki, hansısa kanalın verilişini saxlatsın. Onun dediyi aparıcı mən ola bilmərəm. O, mənə qarşı çıxacaq, söz deyəcək adam deyil. Birinci güzgüdə özünə baxsın. Bəlkə də nəzərdə tutduğu aparıcı ilə qonşu otaqda olub, o mən olmamışam, məni səhv salmasın. O demir sevişən aparıcıları deyim. Deyir ki, indi deyim o kiminlə sevişir. Mən sərbəst, azad, həyat yoldaşı olmayan qadınam. Xatirədən də eybəcər deyiləm, ayağımda olan gözəllik onun üzündə yoxdur, bundan əminəm.
Mənim kiminləsə sevişməyim çox normal haldır, tək qadınam. Amma Xatirənin kiminləsə adının hallanması, sevişib və ya sevişməməsi pis haldır, yanında ər deyib gəzdirdiyi biri var. Deyəcəyim çox söz var, ana olduğu üçün susuram. O, mənim verilişimə zərbə vurub, mən ona zərbə vurmamışam. Bu sözlərdən sonra məni məhkəməyə vermək istəyirsə, versin, amma əlində heç bir fakt yoxdur. Deyir ki, reytinq xətrinə bu sualı vermişəm. Təbii ki, mən də istəyirəm verilişim reytinqli olsun. Xatirə də o müğənnilərdən deyil ki, ona hansı sualı verəcəyimi əvvəldən söyləyim. Yazıb ki, “Onlar”, “Səni axtarıram” verilişlərinə baxım öyrənim. Mən tanınanda o verilişlər yox idi”.