Aşıq Samirənin ÜÇÜNCÜ ərinin kimliyi bilindi — AÇIQLAMA
Aşıq Samirə bir müddət öncə boşandığı həyat yoldaşı Rizvan Məmmədovla barışıb. Bu barədə Axşam.az-a açıqlamasında sənətçinin özü məlumat verib. O bildirib ki, artıq həyatında hər şey yolundadır və R.Məmmədovla birlikdədir. Qeyd edək ki, cütlük 2013-cü ilin dekabrında boşanmışdı. Bu, Samirə Əliyevanın ikinci evliliyidir. Onun ilk evliliyindən qızı, ikincidən isə oğul övladı var. R.Məmmədov Samirənin prodüseri olub. O da bir dəfə ailə həyatı qurub və bu nikahdan oğlu dünyaya gəlib. AzerTaym.az