BU GÜN onun oğlan TOYUDUR - FOTOLAR
Bu gün “Bozbash pictures”də “Fəlakət” obrazını canlandıran aktyor Elşən Orucovun oğlan toyudur. “Qafqazinfo”nun məlumatına görə, İlahə adlı xanımla ailə quran sənətçinin toyu paytaxt restoranlarının birində keçirilir. Aktyorun özəl günündən çəkilən fotolar artıq sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, cütlüyün qız toyu fevralın 22-də baş tutmuşdu. Aktyorun ailə qurduğu xanım İTV-də çalışır.