“Mən ANAYAM” – Aytac cəsarətli FOTOSEssiyasından danışdı – VİDEO
ARB Ulduz-un “Şou-məkan” proqramının növbəti qonağı müğənni Aytac Vidadiqızı olub. Fotosessiya üçün kamera önünə keçən ifaçı, heç vaxt geyinmədiyi paltarlarda cəsarətli şəkillər çəkdirdiyini söyləyib: “Bu gün fotosessiyamdır. İnanıram ki, çox gözəl çəkimlər olacaq. Çünki bu gün gördüyünüz kimi fərqli obrazlardayam. Heç vaxt geyinmədiyim, biraz da cəsarətli paltarlara üz tutdum. Mən çox qısa geyinən olmadığım üçün bu, mənə görə cəsarətli sayılır. Ailə qurursansa, artıq ailənə hörmət etməlisən. Mən həm də anayam. Ana kimi də hər şeyə diqqət yetirməliyəm”. Ailə qurduqdan sonra sənətilə ristk etdiyini etiraf edən Aytac, işlərinin də buna görə yarımçıq qaldığını bildirib: “Mən sənətimlə risk elədim. Düzdür, bir neçə işim, əməyim yarıda qaldı. Təəssüflənmədim də. Çünki qadın üçün ailə hər şeydən önəmlidir. Övladım oldu. O, mənim hər şeyimdir”. Həmkarlarından fərqli olaraq, Türkiyədə çevrəsinin geniş olduğunu arxayın şəkildə söyləyən müğənni, orda daha çox uğur qazana biləcəyini dilə gətirib: “Düzdür, hamı deyir ki, ora gedib gələn müğənnilər bir şey edə bilmir, sən də edə bilməyəcəksən. Əslində isə bu, belə deyil. Mənim yoldaşım Türkiyə vətəndaşıdır. Bu, mənim üçün daha asandır. Mənim çevrəm orda çoxdur, nəinki burda .Orda bir neçə sənətçiyə öz yazdığım, bəstələdiyim mahnıları verirəm. Satacağım mahnılarım da var”. Aytac Azərbaycana gələn kimi Türkiyə vətəndaşı olan həyat yoldaşından ayrılması ilə bağlı xəbərlər yayılmağa başlayıb: “Heç bir ayrılıq yoxdur. Bunu deyən sadəcə bizi istəməyən insanlardır. İçini qurd basan insanlar bu sözü deyə bilərlər. Çox şükür, heç bir problem yoxdur. Yoldaşım burda işlədiyinə görə, mənim də işlərim burda yaxşı getdiyinə görə, qərar verdik ki, Azərbaycana qayıdaq. Təbii ki, orda da işlərimiz gedir, burda da. Bu belə davam edəcək. Mən həm burda, həm də Türkiyədə olacam. Məni istəməyənlər toy sahiblərinə deyirlər ki, Aytac Türkiyədə yaşayır, burda yoxdur. Əziz tamaşaçılar, mən burda, Azərbaycanda yaşayıram. Türkiyəyə gedib gəlsəm də, burda yaşayıram”. Aytac, həyat yoldaşın tərəfindən gedəcəyin yerlərlə və ya geyimlərinlə bağlı hansısa qadağalar varmı? “Qadağalar deyəndə, bəzi yerlər var ki, həyat yoldaşım deyir ki, ora getmək olmaz. Təbii ki, mən də hörmətlə yanaşıram, deyirəm yaxşı. Bəzi geyimlər var ki, deyir bu, sənə yaraşmır. Bir-birimizin fikrinə hörmətlə yanaşırıq”. Son olaraq isə Aytac yenicə işıq üzü görmüş mahnısının qısa zamanda populyarlaşmasını da diqqətə çatdırmaqla fikirlərini tamamladı: “Bu yaxınlarda sözləri və musiqisi Arzu Abbasovaya aid yeni mahnım işıq üzü görüb. Uğurlu alındı. El şənliklərində də məndən tez-tez istəyirlər bu mahnını. Mahnının adı “mən dağlar qızı” dır”.