Obamanın haqqında danışdığı Azərbaycan GÖZƏLİ OD PÜSKÜRDÜ

Obamanın haqqında danışdığı Azərbaycan gözəli od püskürdü

ABŞ prezidenti Barak Obamanın prezidentiyə namizəd Donald Tramp barədə verdiyi ironik açıqlamanın səs-küyü səngiməyib.


AzerTaym.az Ölkə.Az -a istinadən xəbər verir ki, Obamanın haqqında danışdığı Miss Azərbaycan 2012-ci ildə Moskvada təşkil olunan “Kainat gözəli” yarışmasında ölkəmizi təmsil edən Aysel Manafova olub. Bunu isə “Miss Azərbaycan” Milli gözəllik müsabiqələrinin təsisçisi və təşkilatçısı Anelya Orduxanova təsdiqləyib. Açıqlamasında  A.Orduxanova bildirib ki, 2013-cü ildə Trampla görüşən azərbaycanlı gözəl Aysel Manafova olub. Onun sözlərinə görə, Tramp  gözələrlə təşkilatçıların təşkil etdiyi partidə bir araya gəlib:
 
“Obamanın istehzası yersizdir. Tramp Miss USA-nın təşkilatçısı idi. O təşkilatçı kimi iştirakçılarla görüşür. Belə axşamlarda o, müsabiqənin iştirakçıları ilə söhbət edir. Burda pis məna ola bilməz. Ola bilər ki, onun daim gözəllərin arasında olmasına istehza edib. Amma o görüşdə pis məqsəd olmayıb”.

İnformasiya yayılan gün A.Manafova ilə əlaqə saxlamaq mümkün olmamışdı. Ölkədə olmayan yarışma iştirakçısı bu gün verilən sualları cavablandırıb.

 “Yalan informasiya yayan bütün saytlar cəzalandırılacaq. Heç kim icazəsiz kiminsə haqqında hansısa bir məlumatı dəqiqləşdirməmiş yaza bilməz. Bu, düzgün deyil. Bizim heç bir görüşümüz olmayıb. Və yenə də dediyim odur ki, hər hansı məlumatı xəbərsiz, icazəsiz paylaşmaq və yayımlamaq düzgün deyil. Bu məsələ insanın haqqını pozmaq deməkdir. Sadəcə bir təsadüfdü və yazılanların hamısı yalandır.  3 il öncə də hansısa bir müsabiqədə iştirakım şəbəkədəki məlumatlarla uyğun gəlmir”.






Fikirlər