ƏKİZLƏRİN ana bətnində MARAQLI SÖHBƏTİ
Ekizlərdən biri: “Mən heç bir ana filan görməmişəm, görmədiyim şeyə də inanmıram. Odur ki, əminəm ki, ana filan yoxdur”. Hamilə qadının bətnindəki iki əkiz uşaqlardan biri o birindən soruşur: – Sən doğuşdan sonrakı həyata inanırsan? – Əlbəttə, inanıram! Hamıya aydındır ki, doğuşdan sonra həyat var. Biz burda ona gorəyik ki, güclənək, doğuşdan sonraki həyata hazır olaq. – Boş söhbətdi. Doğuşdan sonra həyat ola bilməz. Olmuş olsaydı kimsə qayıdıb deyərdi orda həyat var. Sən fərz eləyə bilirsən orda həyat necədi? – Mən bütün detalları bilmirəm, amma inanıram ki, orda daha çox işıq olacaq, biz özümüz gəzəcəyik, öz ağzımızla yeyəcəyik və s. – Nə nağıl danışırsan? Adam özü necə yeriyər, adam necə öz ağzı ilə yeyər? Gülməlidir! Bizim göbəyimiz var hansı ki, bizi qidalandırır. Bilirsən, doğuşdan sonra həyat filan yoxdur. – Mən əminəm ki, bu mümkündur. Sadəcə olaraq hər şey bir az başqa cür olacaq. Bunu fərz eləmək mümkündür. – Axı ordan hələ heç kim qayıtmayıb. Həyat sadece olaraq doğuşla bitir. Bu qədər… Ümumiyyətlə, həyat bu zülmətin içindəki zillətdən ibarətdir. – Yox! Mən bilirəm, doğuşdan sonrakı həyat necə olacaq, amma əminəm ki, biz ananı görəcəyik və o, bizim qayğımızı çəkəcək. – Ananı? Sən inanırsan ki, ana var? Varsa bəs o hardadı? – O, hər yerdədi, bizi əhatə edib və onun sayəsində hərəkət edirik, yaşayırıq, onsuz biz mövcud ola bilmərik. – Cəfəngiyyatdı! Mən heç bir ana filan görməmişəm, görmədiyim şeyə də inanmıram. Odur ki, əminəm ki, ana filan yoxdur. – Səninlə razılaşa bilmərəm. Onu hiss eləmək olur axı o necə bizim dünyamıza sığal çəkir. Mən qəti əminəm ki, bizim əsl həyatımız doğuşdan sonra başlayır. -Deyirsən, ancaq sübutun yoxdur…