Azərbaycanın bu teatrını pivəxanaya döndərdilər — İLGİNC FAKT
Azərbaycanda analoqu olmayan hadisə baş verib Ölkə.Az-ın məlumatına görə, bir neçə gün öncə Mingəçevir Dövlət Dram Teatrında pivəxana fəaliyyət göstərməyə başlayıb. Kollektivdən əməkdaşımıza bildiriblər ki, obyekt artıq bir neçə gündür işləyir. Əldə etdiyimiz digər məlumata görə, direktor Səxavət Məmmədov həmin obyekti aktyor İbrahim Salamovla məhkəmə çəkişmələrində vəkili olmuş Dərgah Mehdiyevin oğluna icarəyə verib. Bir neçə gün öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mingəçevirə səfər edərkən isə pivəxananın fəaliyyəti qısa müddətlik dayandırılıb. Mövzunu diqqətdə saxlayacağıq.